Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alındı
24 Yanvar 2024 11:40 İdmanFutbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda qapılara cəmi 8 qol vurulub.
Olaylar.az xəbər verir ki, geridə qalan turda orta məhsuldarlıq 1,6-ya bərabər olub.
Bu isə mövsümün antirekordudur.
Cari çempionatda bunadək ən aşağı göstərici 9 top olub. Komandalar II, IX, XIV və XVIII turlarda bu qədər qol vurublar.
Qeyd edək ki, XIX turda "Sabah" - "Neftçi", "Səbail" - "Zirə" matçları qolsuz başa çatıb, "Kəpəz" "Turan Tovuz"a 2:1, "Sumqayıt" "Qəbələ"yə 1:0, "Qarabağ" isə "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəlib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31