Millinin futbolçusu sabiq klubuna qayıdıb

Çili millisinin futbolçusu Arturo Vidalın yeni klubu bəlli olub.

Olaylar.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

Vidal "Kolo-Kolo" klubuna keçib. Arturo peşəkar karyerasına 2005-ci ildə bu komandada başlayıb. Bunadək isə klubun gənclərdən ibarət komandasında çıxış edib.

Qeyd edək ki, milli üzvü ötən mövsümdə Braziliyanın "Atletiko Paranaense" klubunun formasını geyinib. (İdman.biz)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31