Messi FİFA tərəfindən 2023-cü ilin ən yaxşı kişi futbolçusu mükafatına layiq görülüb - ÖZƏL

Argentinalı Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2023-cü ilin ən yaxşı kişi futbolçusu seçilib. 

Olaylar.az xəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilir.
Digər iddiaçılar arasında norveçli Erlinq Haaland və fransalı Kilian Mbappe də var idi.
2022-ci ilin dekabrında Messi Argentina millisində çıxış edərək dünya çempionu oldu. O, yeddi matçda yeddi qol vuraraq, turnirin ən yaxşı oyunçusu seçilib. O, son mövsümü PSJ-də keçirərək Fransa çempionu olub. 2023-cü ilin yayında Messi Liqalar Kubokunu qazandığı İnter Mayamiyə keçdi. Bu, onun 44-cü kuboku olub və onu tarixin ən çox mükafat alan futbolçusu edib. Oktyabr ayında o, səkkizinci dəfə "Qızıl top" mükafatını - "France Football" jurnalının versiyasına görə mövsümün ən yaxşı oyunçusunu qazandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31