2023-cü ilin ən yaxşı qapıçısı oldu

İngiltərənin "Mançester Siti" klubunun qapıçısı Ederson FİFA tərəfindən 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

Olaylar.az bildirir ki, Braziliyalı futbolçu ilə yanaşı, ən yaxşı qapıçı adına ilk üç iddiaçı Tibo Kurtua ("Real Madrid", Belçika) və Yasin Bono ("Sevilya", "Əl-Hilal", Mərakeş) olub.

Ederson bu mövsüm "Mançester Siti"nin heyətində 26 matçda iştirak edib, bu matçlarda 24 qol buraxıb və doqquz dəfə qapısını təmiz saxlayıb. O, klubu ilə 2023-cü ildə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanıb. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31