"Fənərbağça" daha bir dünya ulduzunu transfer edir
13 Yanvar 2024 12:16 İdmanLeonardo Bonuççi və Kruniç transferlərini reallaşdıran "Fənərbağça" daha bir nəhəng keçidə hazırlaşır.
Olaylar.az xəbər verir ki, "sarı-lacivərtlər" "Atletiko"dan Çağlar Söyüncünü heyətinə qatmaq istəyir. Türkiyə klubu 27 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, cari mövsümün əvvəlində "Lester"dən Madrid təmsilçisinə keçən Söyüncü 9 oyuna çıxıb və cəmi 214 dəqiqə mübarizə aparıb.
Türk ulduz AVRO-2024-ə yaxşı hazırlaşmaq üçün çox oyun keçirəcəyi klubda çıxış etmək istəyir. (offsideplus.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31