AFFA-da prezident seçkisi nə vaxt olacaq?

Sabah Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

İclas saat 14:30-da başlayacaq. Toplantının gündəliyinə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlər daxil edilib.

Qeyd edək ki, AFFA-ya prezident seçkisinin bu ilin mart ayında keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31