Azərbaycanın voleybol hakimi Çempionlar Liqasının oyununa təyinat alıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov beynəlxalq təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) Olaylar.az-a verilən məlumata görə, referi kişi voleybolçular arasında Çempionlar Liqasının oyununda ədaləti qoruyacaq.

E.Zülfüqarov C qrupunda mübarizə aparan Türkiyənin "Halkbank" və İtaliyanın "Gas Sales Daiko" komandalarının matçını idarə edəcək. Yanvarın 10-da "Başkənd İdman Zalı"nda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova isə turnirin B qrupunda baş tutacaq "ACH Volley " (Sloveniya) - "Trentino" (İtaliya) görüşündə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31