“Qarabağ”ın rəqibinin oyununda dava: 12 azarkeş saxlanılıb
8 Yanvar 2024 12:36 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliyanın "Braqa" klubunun azarkeşləri xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüblər.
Olaylar.az xəbər verir ki, onlar çempionatının 16-cı turunun "Gimaraynş"la oyunundan sonra qonaq fanatları daş və priotexniki əşyalarla hücum edib.
Nəticədə işə Portuqaliya İctimai Təhlükəsizlik Polisi qarışıb və "Braqa"nın 12 azarkeşini saxlayıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın rəqibi ölkə çempionatında 16 oyundan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək. (İdman.biz)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31