Gömrük əməkdaşı gümüş medal qazanıb - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Kunq-fu idman növü üzrə 29-cu respublika çempionatı və birinciliyində Dövlət Gömrük Komitəsinin əməkdaşı uğurla çıxış edərək gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatında 24 komanda mübarizə aparıb.

DGK Azərterminalkompleks Birliyinin əməkdaşı Elşad Şükürov 90 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31