“Qarabağ” albaniyalı hücumçunu icarəyə verə bilər
28 Dekabr 2023 11:51 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Albaniyalı futbolçu Redon Cica qış fasiləsində "Qarabağ"dan ayrıla bilər.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Albaniyanın "Partizani" klubu 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Tirana təmsilçisi Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən forvardı bu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
Qeyd edək ki, Redon Cica "Qarabağ"a bu ilin yanvarında Albaniyanın "Tirana" komandasından transfer olunub. Onun "köhlən atlar"la 2026-cı il iyunun 30-dək müqaviləsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31