Ulduz futbolçu dünya ikincisi olub
23 Dekabr 2023 12:10 İdmanSəudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının 18-ci turunun "Əl-İttifaq"la oyununda (3:1) qol vurub.
Olaylar.az xəbər verir ki, 73-cü dəqiqədə Kriştianu penaltini dəqiq yerinə yetirib. Bundan əvvəl o, Marselo Brozoviçə qol ötürməsi etmişdi.
Portuqaliyalı 2023-cü ildə 51-ci qolunu vurub. O, yalnız "Bavariya"nın forvardı və İngiltərə yığmasının hücumçusu Harri Keyndən (52) geri qalır.
PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin də aktivində 51 qol var. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31