“Neftçi” rəhbərliyindən İSTEFA XƏBƏRİ gəldi - SON DƏQİQƏ
22 Dekabr 2023 15:03 İdman"Neftçi" rəhbərliyində növbəti ayrılıq rəsmiləşib.
Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsini tərk edib.
2018-ci ildən paytaxt klubunda çalışan təcrübəli funksioner öz istəyi ilə iş yerindən gedib. Onun bundan sonra başqa sahədə fəaliyyət göstərəcəyi bildirilir.
Allahverdiyev uzun illər futbol sektorunda çalışıb. 2011-2015-ci illər aralığında "Simurq"un mətbuat katibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31