Xankəndi stadionunda olduğumuz üçün çox sevincliyəm - Qurban Qurbanov

Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə ildir ki, bunu həsrətlə hamı gözləyirdi.

Olaylar.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

"Buna görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün ordumuzə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin, qazilərimizə şəfa versin. Onların qəhramnlıqları sayəsində biz burdayıq. Xalqımıza hər zaman sağlam, xoşbəxt olmağı arzu edirəm.

Oyna gəldikdə isə, biraz çətin idi. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı", - deyə o bildirib.

Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.Günün ilk matçı Xankəndidə olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayıb. Oyun "Qarabağ"ın qələbəsi ilə 1-0 başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31