Xankəndi stadionu işıqlandırıldı - oyuna tam hazırdır - FOTO
20 Dekabr 2023 12:20 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sabah - dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Olaylar.az xəbər verir ki, stadionunun işıqlandırma sistemi də hazır vəziyyətə gətirılib.
Tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkilllər paylaşıb. Stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31