Messi ilk klubu ilə üz-üzə

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Amerikanın "İnter Mayami" komandası Argentina təmsilçisi "Nyuells Old Boyz" ilə yoldaşlıq oyunu keçirməyə razılaşıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Florida təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Sınaq görüşü fevralın 15-də Mayamidə baş tutacaq. 

Xatırladaq ki, "Nyuells Old Boyz" argentinalı hücumçu Lionel Messinin karyerasında ilk klubdur. O, 1994-2000-ci illərdə gənclər komandasında çıxış edib, sonra "Barselona"ya keçib.

Messi bu yaydan "İnter Mayami"nin futbolçusudur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2025-ci ilin sonuna kimi hesablanıb. (fanat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31