Azərbaycan Strongmen Federasiyasının Prezidenti  və Vitse prezidenti Dünya çempionu oldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

16-17 Dekabr 2023-cü il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "WRPF" üzrə 9-cu Dünya çemionatı keçirilir.
Dünyanın 29 ölkəsi 4000-dən çox idmançıyla bu mötəbər yarışda iştirak edir.
Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi başda Federasiya Rəhbəri Bəxtiyar Quliyev olmaqla Vitse Prezidentlər Raif Süleymanov, Namiq Cəfərov və komandamızın digər üzvləri təmsil edir.

Yarışda "Deadlift" hərərki üzrə 40-49 yaş kateqoriyasında (dopinq testlə) Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticəsi  ilə öz idman koryerasında   9 qat Dünya Çempionu adını yazdırdı.

Qeyd edək ki, Güc İdman Növləri üzrə keçirilən bu çempionatda ölkəmizi Azərbaycan Strongmen Federasiyası öz komondası ilə təmsil edir. 
Beləki Vitse Prezident Raif  Süleymanov da öz çəkisində (95kg)  Deadlift hərərkətində 3 yanaşmada sonda 260 kg çəkinin öhdəsindən gələrək bütün rəqliblərinə gücünü sübut edərək yarışı qızll medalla başa vurub  Himnimizi fəxri kürsüdə səsləndirərək Ölkəmizi layiqincə təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31