Azərbaycan yığması FİFA reytinqində irəliləyib
15 Dekabr 2023 16:05 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
FİFA qadın futbolçulardan ibarət yığmaların yeni reytinq cədvəlini açıqlayıb.
Olaylar.az xəbər verir ki, siyahıda Azərbaycan millisi mövqeyini yaxşılaşdırıb.
Millətlər Liqasında B divizionuna yüksələn Siyasət Əsgərovun komandası iki pillə irəliləyib. Hesabında 1305,48 xalı olan yığmamız 76-cı yerə yüksəlib.
Cədvələ İspaniya başçılıq edir. Onlar 2066,5 əmsala malikdirlər. İkinci yerdə ABŞ (2045,12) qərarlaşdığı halda, "üçlüy"ü Fransa (2021,69) qapayır. (İdman.biz)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31