AFFA sənədlərin saxtalaşdırılmasında iştirak edən məşqçini futboldan kənarlaşdırdı
13 Dekabr 2023 14:46 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
AFFA sənədlərin saxtalaşdırılmasında iştirak etmiş "Baku Sporting" klubunun məşqçisi Şamil Məmmədovu 6 ay şərti olmaqla, 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırıb.
Olaylar.az xəbər verir ki, buna səbəb U-13 Liqasında iştirak edən "Baku Sporting" komandasının heyətində yer alan futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxsin oyunlara çıxarılmasıdır.
Qeyd edilib ki, "Baku Sporting" komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31