Məşhur futbol ulduzu karyerasını başa vurdu
12 Dekabr 2023 16:54 İdmanİtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Corco Kyellini karyerasını başa vurub.
Olaylar:az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, 39 yaşlı müdafiəçi tezliklə qərarını rəsmən açıqlayacaq.
Qeyd edək ki, təcrübəli oyunçu son olaraq ABŞ-da "Los-Anceles" klubunun formasını geyinib. O, "Yuventus"la 9 dəfə A Seriyasının, 5 dəfə ölkə kubokunun qalibi olub. Kyellini 2021-ci ildə İtaliya yığması ilə Avropa çempionatında da qızıl medala sahib çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31