Stadiona Xankəndi yazıldı
12 Dekabr 2023 10:24 İdmanXankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.
Olaylar.az xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.
Bundan başqa, stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.
Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.
Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində "Qarabağ" - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31