Azərbaycanlı hakim “Mançester Siti”nin oyunun idarə edəcək
11 Dekabr 2023 10:00 İdmanUEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək "Srvena Svezda" (Serbiya) - "Mançester Siti" (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Bu barədə Olaylar.az AFFA-ya istinadən məlumat verir.
Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.
Qeyd edək ki, görüş dekabrın 13-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31