UEFA Azərbaycan çempionatı ilə bağlı "QUMAR" araşdırmasına başladı

AFFA I Liqa ilə əlaqəli araşdırmaya start verib.

Gündəmdəki mövzu eynidir - alver.

Olaylar.az xəbər verir ki, UEFA Azərbaycanda danışılmış oyunların təşkilindən şübhələnir. Avropa futbol qurumundan bununla bağlı AFFA-ya bir neçə serkulyar məktub daxil olub.

Burada I Liqanın geridə qalan 10 turu çərçivəsində keçirlmiş 3-4 qarşılaşmadan danışılır.

UEFA serkulyar məktublarda göstərib ki, həmin matçlara külli miqdarda pul qoyuluşu edilib, özü də dünyanın müxtəlif yerlərindən.

Sözügedən təşkilat AFFA-ya göndərdiyi gizli namədə oyunları "qumar"a qoyulmuş komandalar ətrafında araşdırma aparmağı tapşırıb, üstəlik, özünün də bu işi nəzarətdə saxlayacağını bildirib. (sportinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31