UEFA AFFA-nı 6000 avro cərimələdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.

Olaylar.az xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.

Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.

Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31