Yeni yaradılan "Xankəndi"nin adı dəyişdirildi, ona baş məşqçi təyin edildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycan millisinin sabiq futbolçularının yer aldığı komanda minifutbol üzrə ölkə çempionatında iştirak edəcək.

Olaylar.azxəbər verir ki, öncə çempionatda "Xankəndi" kimi mübarizə aparacağı açıqlanan komandanın adı dəyişdirilib.

Belə ki, komanda "İnter" adı ilə çıxış edəcək. Minifutbol üzrə Azərbaycan çempionatı isə dekabrın ortalarında start götürəcək. Liqada 16 komanda mübarizə aparacaq.

"İnter"in baş məşqçisi futzal üzrə Azərbaycan milli komandasının üzvü Xətai Bağırov təyin edilib. (Sportinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31