Parlamentlərarası futbol turniri keçirilir- ÖZƏL

Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Parlamentlərarası futbol turnir keçirilir. Turnirə Azərbaycan parlamentinin də nümayəndələri qatılıblar. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məslis sədrinin müavini Adil Əliyev məlumat verib:
"Qardaş ölkənin Antalya şəhərində təşkil olunmuş turnirdə bu gün ilk yoldaşlıq oyunumuzu Rumıniya komandasına qarşı keçirdirik. Komandaların tərkibində millət vəkilləri və Parlament Aparatının əməkdaşları iştirak edir. Komandamıza uğurlar diləyirik, bizə yalnız Qələbə yaraşır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31