Messi və Ronaldu yenə üz-üzə gələcəklər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Lionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" və Kriştianu Ronaldunun formasını geyindiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Olaylar.az xəbər verir ki, "GZT Spor"a istinadən xəbər verir ki, Ronaldu və Messinin bu görüşdə meydanda olması planlaşdırılıb.

Xəbərə görə, təcrübəli superulduzlar 2024-cü ilin fevralında keçiriləcək Riyad Mövsüm Kubokunda qarşılaşacaqlar. Mənbə matçın "Kingdom Arena" stadionunda baş tutacağını bildirib. 

Qeyd edək ki, yanvarın 19-da PSJ və "Səudiyyə Ulduzları" komandaları üz-üzə gəlib. Oyun Paris təmsilçisinin  5:4 hesablı qələbəsi ilə bitib. Həmin göreşdə Lionel 1, Kriştianu  isə 2 qol vurub.

Ronaldu və Messi son dəfə rəsmi duelə 2020-ci ilin 8 dekabr tarixində çıxıblar. Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində portuqaliyalının şərəfini qoruduğu "Yuventus" "Kamp Nou"da Messili "Barsa"nı 3:0 hesabı ilə darmadağın etmişdi. Ronaldu darmadağına dublla töhfə vermişdi. (fanat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31