Azərbaycan kubokunda mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2023/24 mövsümünə start veriləcək.

Olaylar.az xəbər verir ki, mövsüm 1-ci təsnifat mərhələsini oyunları ilə başlayacaq.

İlk oyun günündə 3 matç keçiriləcək. 2-ci liqa təmsilçilərindən "Füzuli" "Lerik"lə, "Qusar" "Şahdağ Qusar"la, "Göygöl" də "Dinamo" ilə qarşılaşacaq.

18 noyabr (şənbə)

13:00. "Füzuli" - "Lerik"
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
"ASK Arena"

13:00. "Qusar" - "Şahdağ Qusar"
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
"Kapital Bank Arena" (ehtiyat meydança)

14:30. "Göygöl" - "Dinamo"
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu

19 noyabr (bazar)

14:00. "Ağdaş" - "Cəbrayıl"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Ağdaş şəhər stadionu

14:00. "Şəki Siti" - "Kür-Araz"
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Şəki şəhər stadionu

14:30. "Bakı Sportinq" - "Kürmük Qax"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Binə qəsəbə stadionu

20 noyabr (bazar ertəsi)

14:30. "Şəfa" - "Şəmkir"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31