Belçika - Azərbaycan oyununun hakimləri bəlli oldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən "qırmızı şeytanlar" hazırda F qrupunda 17 xalla liderdirlər. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31