“Qarabağ” Xankəndidə oynayacaq: İlk qarşılaşma bu tarixdə olacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Olaylar.az sfera.az-a istinadən bildirir ki, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31