"Real"a şad xəbər: Yaşıl meydanlara qayıdacaq

Cud Bellinqem tez bir zamanda komanda ilə birgə məşqlərə başlayıb.

Olaylar.az xəbər verir ki, "Marca"ya danışan "Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçinin səhhəti barədə müsbət informasiya verib.

"Bellinqem özünü yaxşı hiss etdiyini deyir. O bu gün normal məşq edib. Cud hazırdır, yaxın saatlarda möcüzə baş verməsə, düşünürəm ki, o, "Valensiya" ilə oyuna çıxacaq", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Cud "Rayo Valekano" ilə oyunda çiyindən zədələnmişdi. (Offsideplus.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31