“Neftçi”nin futbolçusu Türkiyəyə yollandı

"Neftçi"nin futbolçusu Emil Balayev Türkiyəyə yollanıb.

Klubun mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, uzun müddətdir zədədən əziyyət çəkən Azərbaycan millisinin qapıçısı qardaş ölkədə bərpa prosesini davam etdirir.

29 yaşlı qolkiper hazırda İstanbuldadır. O, bir neçə gündən sonra Vətənə qayıdacaq.

Qeyd edək ki, Emil Balayev yay fasiləsində Rusiyada təşkil olunan "Matc TV" turnirində, Serbiya klubu "Srvena Zvezda" (0:4) ilə görüşdə zədələnib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31