“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı açıqlanıb
6 Noyabr 2023 23:08 İdmanUEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ" və Almaniya "Bayer"i arasında keçiriləcək oyuna bilet satışı davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə klubdan bildiriblər.
Məlumata əsasən, artıq qarşılaşma üçün 24 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31