"Barselona"nın saxta HESABATINA UEFA-dan CƏZA
4 Noyabr 2023 13:33 İdmanUEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə "Barselona"nı cərimələyib.
Olaylar.az xəbər verir ki, bu cəza Kataloniya təmsilçisinə 2022/2023 mövsümündə yol verdiyi qayda pozuntularına görə verilib.
"Barsa" gəlirləri haqda səhv hesabat verməkdə ittiham olunur. UEFA-da xüsusi komissiya müəyyən edib ki, Kataloniya klubu qeyri-maddi aktivlərdən əldə etdiyi vəsaiti öz gəlir maddəsinə daxil edib.
"Barselona" apellyasiya şikayəti versə də, Klubların Maliyyə Nəzarəti Təşkilatının Apellyasiya Palatası cərimə ilə bağlı ilkin qərarı qüvvədə saxlayıb. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31