Millimiz dünya çempionatında yarımfinal oyununa çıxır

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Olaylar.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi son Avropa çempionu Qazaxıstan yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.

3 noyabr

Minifutbol, dünya çempionatı

Yarımfinal mərhələsi

20:30 Azərbaycan - Qazaxıstan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31