Messi "Qızıl top"u kimə həsr etdi?

"İnter Mayami"nin hücumçusu Lionel Messi qazandığı 8-ci "Qızıl top"unu əfsanəvi Dieqo Maradonaya həsr edib.

Olaylar.az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu mükafatı Maradonanın 63-cü doğum günündə alıb.

Messi 8-ci dəfə “Qızıl top”u qazanıb

O, bununla bağlı deyib: "Dieqonu xatırlayıram, bu gün ad günüdür və onu təbrik etmək üçün onun kimi futbolu sevən bir çox insanın əhatəsində olmaqdan daha yaxşı yer yoxdur. Ad günün mübarək, Dieqo, bu mükafatı səninlə bölüşürəm".

Xatırladaq ki, ötən gecə Fransanın "France Football" qəzeti tərəfindən son mövsümün mükafatlandırma mərasimi keçirilib. Səsvermənin nəticələrinə əsasən, "Qızıl top" mükafatını Lionel Messi alıb. Bu mükafat Messinin karyerasında 8-ci olub. Heç kim "Qızıl top"u onun qədər qazanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31