Türkiyə klubunun futbolçuları ilə polis arasında qalmaqal

Türkiyə Superliqasının 10-cu turunda keçirilən "Pendikspor" - "Fənərbağça" (0:5) matçından sonra qalmaqal yaşanıb.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki,  matç bitikdən sonra polis meydan sahiblərinin bir neçə azarkeşini saxlayıb.

Buna səbəb onların matç zamanı qalmaqal yaratması olub. Lakin "Pendikspor" futbolçuları Halil Akbunar və İbrahim Akdağ azarkeşlərin saxlanılmasına etiraz edib. Onların polisin üzərinə hücum edərək tərəfdarları sərbəst buraxmasını tələb edib.

Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31