"Qarabağ" səfərdə "Bayer"ə böyük hesabla uduzub - VİDEO - FOTO - YENİLƏNİB
27 Oktyabr 2023 00:58 İdman"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Olaylar.az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada "Bayer 04" klubunun qonağı olub.
"Bay Arena"dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.
Qrupun digər görüşündə "Molde" İsveçin "Hakken" kollektivini eyni hesabla üstələyib.
Beləliklə, "Bayer 04" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer 04"ü qəbul edəcək.
***
Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxır.
Olaylar.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer" klubunun qonağıdır.
Leverkuzendə, "BayArena"da keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Avropa Liqası
H qrupu
26 oktyabr
23:00. "Bayer" - "Qarabağ" 5:1
Qol: Virts, 4. Qrimaldi, 29; 55. Bonifeys, 35. Tapsoba, 58 - T.Bayramov, 15-p.
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. "BayArena".
Canlı yayımı BURADAN izləyə bilərsiniz.
***
Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxır.
Olaylar.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer" klubunun qonağıdır.
Leverkuzendə, "BayArena"da keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Avropa Liqası
H qrupu
26 oktyabr
23:00. "Bayer" - "Qarabağ" 3:1
Qol: Virts, 4. Qrimaldi, 29. Bonifeys, 35. - T.Bayramov, 15-p.
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. "BayArena".
Canlı yayımı BURADAN izləyə bilərsiniz.
***
Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxır.
Olaylar.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer" klubunun qonağıdır.
Leverkuzendə, "BayArena"da keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Avropa Liqası
H qrupu
26 oktyabr
23:00. "Bayer" - "Qarabağ" 1:1
Qol: Virts, 4. - T.Bayramov, 15-p.
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. "BayArena".
Canlı yayımı BURADAN izləyə bilərsiniz.
***
Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxır.
Olaylar.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın "Bayer" klubunun qonağıdır.
Leverkuzendə, "BayArena"da keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Avropa Liqası
H qrupu
26 oktyabr
23:00. "Bayer" - "Qarabağ" 0:0
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. "BayArena".
***
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Bayer 04": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral bayramov, 18. Juninyo Olavio
Qeyd edək ki, bu gün "Bay Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
