AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.

Olaylar.az xəbər verir ki, "Turan Tovuz" 1500, "Səbail" 800, "Zirə" isə 700 manat ziyana düşüb.

Tovuz təmsilçisi "Qarabağ"la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.

"Səbail" - "Neftçi" görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.

"Kəpəz"lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan "Zirə" isə 700 manat xərcə düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31