Qvardiola öz yerinə baş məşqçi seçdi

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola "Brayton"a rəhbərlik edən Roberto De Zerbini davamçısı kimi görür.

Olaylar.az lent.az-a istinadən bildirir ki, ötən mövsüm Premyer Liqanın 32-ci turunun "Brayton"-"Mançester Siti" matçından sonra Qvardiola rəqibin əvəzedici heyətinin yanından keçərək "Qağayılar"ın üç oyunçusuna müraciət edib.

Belə ki, o, başını De Zerbiyə işarə edərək, "Bu, Mançester Siti-nin növbəti meneceridir", deyib.

Xatırladaq ki, De Zerbi ötən ilin sentyabrından "Brayton"u, Qvardiola isə 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31