Neymar pərəstişkarlarını ÜZƏN XƏBƏR

Braziliya millisinin futbolçusu Neymar zədələnib.

Olaylar.az report-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb. Təcrübəli forvard 45+4-cü dəqiqədə əvəzlənib.Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir. Qeyd edək ki, qarşılaşma "sambaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31