Messi Argentina millisindən ayrıldı
16 Oktyabr 2023 10:16 İdmanArgentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.
Olayla.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "La Gaceta" məlumat yayıb.
Oktyabrın 15-də Messi milli komandanın məşqində iştirak edib, sonra ailəsi ilə birlikdə Analar Gününü qeyd etmək üçün şəxsi təyyarəsi ilə doğulduğu Rosario şəhərinə gedib. Argentinada bu bayram oktyabrın 15-də qeyd olunur.
Messi bir neçə gündən sonra milli komandaya qayıdacaq, o, Peru millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Oyun oktyabrın 18-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31