AVRO-2024-ün seçmə mərhələsində Slovakiya ilə qarşılaşan Portuqaliyada penalti zərbəsini yerinə yetirən Ronaldo "Bismillah" deyib.
Olaylar.az baku.ws-ə istinadən bildirir ki, ulduz futbolçunun bu hərəkəti kameralara əks olunub.
Hadisə, AVRO-2024-ün seçmə mərhələsində evdə Slovakiya ilə qarşılaşan Portuqaliyanın 29-cu dəqiqədə qazanılan penaltisi yerinə yetirilərkən yaşanıb.
Ronaldo penaltini qola çevirərkən dəfələrlə "Bismillah, Bismillah" dediyi anlar kameraya düşüb. Sözügedən hərəkətlə o, dünyanın dörd bir yanından olan müsəlmanların qəlbini fəth etməyi bacarıb.