Azərbaycanın üç qadın cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq
13 Oktyabr 2023 12:37 İdmanAzərbaycanın üç cüdoçusu İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Olaylar.az xəbər verir ki, sözügedən yarışda ölkənin qadın idmançıları mübarizə aparacaqlar.
48 kq-da Ramilə Əliyeva, 57 kq-da Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva tatamiyə çıxacaq.
Qeyd edək ki, Avropa Kuboku oktyabrın 14-15-də reallaşacaq. Turnirə 35 ölkədən 378 idmançı qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31