Azərbaycanlı futbolçu İkardi və Ceko ilə birlikdə həftənin oyunçusu adına namizəddir

Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun ən yaxşı oyunçusu adına namizəddir.

Olaylar.az report-a istinadən xəbər verir ki, "Hatayspor"un hücumçusu "Yeniaçık" nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasına düşüb.

"Konyaspor"la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri "Fənərbağça"nın hücumçusu Edin Ceko, "Qalatasaray"ın ön xətt oyunçusu Mauro İkardi və "Ankaragücü"nün yarımmüdafiəçisi Qarri Rodrigesdir. Səsvermə nəşrin tviter səhifəsində azarkeşlər arasında aparılır.

VIII turda İkardi və Rodriges 1 qol, 1 məhsuldar ötürmə, Ceko 1 qolla yadda qalıb.

Qeyd edək ki, "Konyaspor"u 3:1 hesabı ilə məğlub edən "Hatayspor" 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31