"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alındı
9 Oktyabr 2023 11:25 İdmanAzərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Olaylar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, IX turun "Neftçi" - "Qarabağ" matçına təsadüf edib.
"Neftçi Arena"da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord IX turun "Turan Tovuz" - "Neftçi" oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31