Avropa Liqası: “Qarabağ”ın səfər oyunu azarkeş sayına görə son sıralardadır
7 Oktyabr 2023 15:00 İdmanUEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Olaylar.az xəbər verir ki, "Qarabağ" və İsveç "Hakken"i arasında Höteborqda gerçəkləşən qarşılaşmanı tribunalarda 8124 tərəfdar izləyib.
Bu, 16 matç arasında 14-cü olub. Görüş tamaşaçı sayı baxımından cəmi iki oyunu qabaqlayıb.
Qeyd edək ki, qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31