Şenol Güneş istefa verdi

Türkiyənin "Beşiktaş" futbol klubunun baş məşqçisi Şenol Güneş istefa verib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin öz meydanında Konfrans Liqası çərçivəsində "Luqano"ya (İsveçrə) 2:3 hesablı məğlubiyyətindən sonra klub rəsmilərinin toplantısı keçirilib.

Lakin toplantı ilə bağlı mətbuata hər hansı şərh verilməyib. Bu gün isə Ş.Güneş istefa verdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31