Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəldi YENİLƏNDİ
6 Oktyabr 2023 01:00 İdman"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Olaylar.az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.
"Ullevi" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.
İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.
***
İsveçdə "Hakken" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu start götürüb.
Olaylar.az xəbər verir ki, "Ullevi" stadionundakı qarşılaşmanı avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edir.
Avropa Liqası
H qrupu
"Hakken" - "Qarabağ" 0:1
Qol: Juninyo, 70.
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
Göteborq, "Ullevi" stadionu.
--------
22:02
İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək "Hakken" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, komandalar meydanı aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Hakken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko
Baş məşqçi: Per Matias Hoqmo
"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün "Ullevi" stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.