"Qarabağ" "Hakken"ə qarşı - UEFA Avropa Liqası
5 Oktyabr 2023 10:20 İdman"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Olaylar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edəcək.
H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.
UEFA Avropa Liqası, qrup mərhələsi
II tur
H qrupu
23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. "Ullevi" stadionu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31