Lionel Messinin "İnter Mayami"dən sonra çıxış etmək istədiyi klub bəlli olub
4 Oktyabr 2023 15:08 İdmanArgentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasını ölkəsində davam etdirə bilər.
Olaylar.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2025-ci ilin yayında "Nyuells Old Boyz"a keçəcək.
Forvard MLS təmsilçisi ilə müqaviləni yeniləməmək qərarına gəlib. Təcrübəli oyunçu vətənində çıxış etmək arzusundadır.
Qeyd edək ki, Lionel Messi 1995-2000-ci illərdə "Nyuells Old Boyz"un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. O, 2000-ci ildə "Barselona" akademiyasına məhz bu klubdan keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31